Avropa Liqası: “Beşiktaş” – “Makkabi” görüşündə Türkiyə-İsrail gərginliyi
Lent.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” II təsnifat mərhələsində Azərbaycan Kubokunun sahibi “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırmış İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edəcək.
“Fiyapı İnönü” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Görüşü rusiyalı referi Vladislav Bezborodov idarə edəcək.
“Beşiktaş” Türkiyə Superliqasına məğlubiyyətlə başlayıb. “Qara qartallar” ötən həftəsonu səfərdə “Eskişehirspor”a uduzublar – 1:2. Superliqanın ilk tur matçına nəzərən “Makkabi” ilə görüş isə həm futbol, həm də siyasi baxımdan daha böyük önəmə malikdir. Futbol anlamında hədəf bəllidir: Avroliqaya qələbə ilə başlamaq. Lakin Türkiyə və İsrail arasında son zamanlar yaşananlar matçı futboldan da irəliyə daşıyıb. İdmanla siyasətin bir-birinə qarışdırılması yanlış olsa da, “Mavi Mərmərə” gəmisinə edilən və 9 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra gərginləşən Türkiyə - İsrail münasibətləri çoxdandır ki, matçın önünə keçib. Həm “Beşiktaş”, həm də “Makkabi” klubu dostluğa çağırış etsə də, gərginlik səngiməyib. Tribunalarda 200-dək israilli azarkeşin də olacağı gözlənilir. Bu səbəbdən, çaxnaşmaların baş verməsi istisna deyil. Amma Türkiyə polisi görüşün yüksək təhlükəsizlik tədbirləri altında keçməsi üçün səfərbər olub.
“Beşiktaş”ın heyətində qırmızı vərəqə cəzalısı İbrahim Toraman forma geyməyəcək. Fabian Ernst və Quti Ernandesin iştirakı isə sual altındadır. Onlar bu həftə heç bir məşqə qatılmayıblar. “Makkabi”nin heyətində qırmızı vərəqə cəzalısı Mussa Konate çıxış etməyəcək.
“Qara qartallar”ın baş məşqçisi Karlos Karvalyal “Eskişehirspor”a məğlubiyyətdən sonra pozulan əhval-ruhiyyələrini “Makkabi” üzərində qələbə ilə düzəltmək istədiklərini söyləyib. İsraillə gərginliyin matça sirayət etməyəcəyini düşünən portuqaliyalı mütəxəssis “Biz tərəfdarlarımız önündə gözəl bir gecə yaşamaq istəyirik. Futbolçularıma oynadıqları oyundan zövq almalarını və azarkeşlərimizin gözlədiyi qələbəni hədiyyə etmələrinin gərəkliyini bildirdim. Komandamda itkilər olsa da, güclü kollektivik və hər zaman qələbə üçün oynayırıq” deyib.
A qrupu
22:00. “Şemrok Rovers” (İrlandiya) – “Rubin” (Rusiya)
22:00. PAOK (Yunanıstan) – “Tottenhem” (İngiltərə)
B qrupu
22:00. “Hannover” (Almaniya) – “Standard” (Belçika)
22:00. “Kopenhagen” (Danimarka) – “Vorskla” (Ukrayna)
C qrupu
22:00. “Hapoel” (Təl-Əviv, İsrail) – “Rapid” (Buxarest, Rumıniya)
22:00. PSV (Hollandiya) – “Legiya” (Polşa)
D qrupu
22:00. “Latsio” (İtaliya) – “Vasluy” (Rumıniya)
22:00. “Sürix” (İsveçrə) – “Sportinq” (Portuqaliya)
E qrupu
22:00. “Beşiktaş” (Türkiyə) – “Makkabi” (Təl-Əviv, İsrail)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Stok Siti” (İngiltərə)
F qrupu
22:00. “Slovan” (Bratislava, Slovakiya) – “Atletik” (İspaniya)
22:00. PSJ (Fransa) – “Zalsburq” (Avstriya)
G qrupu
00:05. “Austriya” (Avstriya) – “Metallist” (Xarkov, Ukrayna)
00:05. AZ (Hollandiya) – “Malmö” (İsveç)
H qrupu
00:05. “Brügge” (Belçika) – “Maribor” (Sloveniya)
00:05. “Birmingem” (İngiltərə) – “Braqa” (Portuqaliya)
İ qrupu
00:05. “Udineze” (İtaliya) – “Renn” (Fransa)
00:05. “Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya)
J qrupu
00:05. “Makkabi” (Hayfa, İsrail) – AEK (Larnaka, Kipr)
00:05. “Styaua” (Rumıniya) – “Şalke” (Almaniya)
K qrupu
00:05. “Visla” (Krakov, Polşa) – “Odense” (Danimarka)
00:05. “Fulhem” (İngiltərə) – “Tvente” (Hollandiya)
L qrupu
00:05. “Anderlext” (Belçika) – AEK (Afina, Yunanıstan)
00:05. “Şturm” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya).
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

604