“Xəzər Lənkəran”ın yeni transferlərdən komanda qurmasına 1 futbolçu qaldı
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əslən Rusiyadan olan milliləşən legioner Eldar İsmayılov karyerasında ilk dəfə “ağ-yaşıl” formada meydançaya çıxıb.
“Neftçi” ilə ev matçında iştirak edən yarımmüdafiəçi “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını artırıb. Bu matçadək 135 futbolçuya rəsmi matça çıxmaq nəsib olmuşdusa, İsmayılov siyahıya 136-cı kimi daxil olub. O, adını bu oyunçular siyahısına cari mövsüm daxil etdirən 10-cu futbolçudur. İsmayılova qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas və Antonio Semedo yeni komandalarında debüt etmişdilər.
Lənkəran komandasının şərəfini qorumuş 136 oyunçudan 52-si yerli, 84-ü əcnəbidir. İsmayılovun Rusiya futbolunun yetirməsi olduğunu nəzərə alsaq, o, bu ölkədən olan 2-ci futbolçudur. İlk belə oyunçu isə Dmitri Nejelev idi. O, 2004/05 mövsümündə 8 matçda iştirak edib.
Ümumilikdə isə 30 ölkədən olan oyunçular “Xəzər Lənkəran”da çıxış edib: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəyə 1.

648