“Real Madrid” 38 il əvvəlki formasına qayıtdı
Lent.az-ın məlumatına görə, bu, sentyabrın 14-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə səfər matçında baş verəcək.
“Kral klubu”nun rəhbərliyi bu qərarı könüllü qəbul edib. Madrid komandası əsas rəngi – ağ forma ilə də meydançaya çıxmaq hüququna malik olub. “Dinamo” ev oyunlarını göy rəngli formada keçirdiyindən, “Real Madrid”in bu oyuna qırmızı formada çıxması vacib deyilmiş. Əvvəllər bu klub Avropa kuboklarında cəmi 2 səfər matçında – 1971-ci ildə Uelsin “Kardiff Siti”, 1973-cü ildə isə Ukraynanın “Dinamo” (Kiyev) komandalarına qarşı qırmızı rəngli forma ilə oynayıb.
Qeyd edək ki, “Dinamo” – “Real Madrid” matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

857