“Beşiktaş” – “Makkabi” matçı öncəsi siyasi gərginlik
Lent.az-ın “sport5.co.il”ə istinadən verdiyi məlumata görə, sentyabrın 15-də baş tutacaq qarşılaşmada “Makkabi”nin 200-dək azarkeşinin hər birini 100 polis qoruyacaq.
“Beşiktaş” azarkeşlərinin qarşılaşmaya Fələstin bayrağı ilə gəlmələrinə qadağa qoyulacaq. Polislər tribunada çox böyük ölçülü Türkiyə bayrağının açılmasına da icazə verməyəcəklər. “Makkabi” fanatları matç ətrafındakı ab-havanı yumşaltmaq məqsədilə meydan sahiblərinin tərəfdarlarını özləri ilə gətirəcəkləri şəkərli qidalara qonaq edəcəklər.
İddialara əsasən, Türkiyə Futbol Federasiyasına (TFF) “Beşiktaş” – “Makkabi” matçında 50 – 60 nəfərlik islamçı qrupun meydançaya girəcəklərinə dair siqnal daxil olub. TFF bu xəbərdarlığı ciddi qəbul etməsə də, hər ehtimala qarşı tədbirlər görüb. Bu səbəbdən, qarşılaşmada 4 min təhlükəsizlik əməkdaşının yer alacağı bildirilir. Stadion ətrafında yemək satan şəxslərin əl altdan məşəl satdıqları iddiaları da var və onların stadion ətrafına soxulmalarının qarşısı alınacaq. “Beşiktaş”ı özündən çıxarmaq üçün “Fənərbağça” formaları geyinərək oyuna girmək istəyən “Makkabi” azarkeşləri də “İnönü” stadionuna buraxılmayacaqlar.
Təl-Əviv komandasının baş məşqçisi Motti İvanir isə futbolçularına bəzi təlimatlar verib. O, məşq istisna olmaqla, oyunçuların matç saatınadək oteldən çıxmasına qarşı çıxıb. “Makkabi” futbolçularının gərginlik içində olduqları da bildirilir. Onların “İnönü”də “Beşiktaş”lı azarkeşlərin yaratdığı atmosferdən çəkindiklərini, lakin siyasi gərginliklə bağlı şərh verməyərək, “Biz futbolçuyuq” dedikləri bildirilir.

462