Azərbaycanla oyunda Avstriyaya idman direktoru rəhbərlik edəcək
Futbol üzrə Avstriya milli komandasının baş məşqçisi Ditmar Konstantini postunu tərk edib. Lent.az-ın məlumatına görə, bir həftə öncə ilin sonunda istefa verəcəyini açıqlayan Konstantini fikrini dəyişərək, bu addımı erkən atmağı qərara alıb.
2012-ci il Avropa çempionatının qarşıdakı seçmə qrup matçlarında komandaya Avstriya Futbol Federasiyasının idman direktoru Villi Ruttenştayner başçılıq edəcək. Başqa sözlə, oktyabrın 7-də Avstriya millisi Bakıda Azərbaycan yığması ilə görüşə məhz Ruttenştaynerin rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, Ditmar Konstantini 2009-cu ildə baş məşqçi təyin olunduğu yığma ilə 23 görüşdə 7 qələbə qazanıb. Lakin artıq Avstriya millisi 4-cü pillədə olduğu A qrupunda 8 oyuna 8 xal toplayaraq Avropa çempionatının final mərhələsinə vəsiqə şanslarını itirib. Millimiz Avstriyanı yenə bilsə, xallarını 10-a çatdıracaq və 4-cü pilləyə yüksələcək.

548