Məşhur tennisçidən inanılmaz qazanc rekordu
Nəticədə o, 2010-cu ildə 10,17 milyon dollara sahib olmuş ispaniyalı Rafael Nadalın rekordunu geridə qoyub. Bu göstəricidə də birinci olmaq üçün Cokoviçə 12 turnir kifayət edib. Halbuki Nadal 10 milyon dolları 17, isveçrəli Roje Federer isə 2007-ci ildə 16 turnirə qazanıb.
Novak Cokoviç sentyabrın 13-ə keçən gecə “Böyük dəbilqə” seriyasından sonuncu turnir sayılan ABŞ-ın açıq çempionatının qalibi olub. Daha öncə serbiyalı tennisçi Avstraliyanın açıq çempionatı və “Uimbldon”da birinci yeri tutub. O, 1968-ci ildən sonra mövsüm ərzində “Böyük dəbilqə” seriyasından 4 turnirin 3-ünü qazanan 6-cı tennisçi sayılıb. Cokoviç hər il mayın sonları – iyunun əvvəllərində Fransanın paytaxtı Parisdə təşkil olunan “Roland Garros” turnirinin də nə vaxtsa qalibi olmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, Cokoviçin bir mövsümdə qazandığı mükafatın məbləğini artırmaq şansı var. Qarşıdan bir neçə kiçik turnir, eləcə də ATP-nin ən güclü 8 tennisçinin iştirakı ilə keçiriləcək yekun turniri gəlir.

564