Daha bir idmançımız London olimpiadasına lisenziya qazandı - FOTO
13 sentyabr 2011 23:00 (UTC +04:00)

Daha bir idmançımız London olimpiadasına lisenziya qazandı - FOTO

Lent.az-ın məlumatına görə, bu vəsiqəyə yunan-Roma güləşçimiz Saman Ahman Tahmasebi Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında sahib olub.

84 kq çəki dərəcəsində çıxış edən Tahmasebi, qaydalara əsasən, ilk “6-lığ”a girməyi bacardığı üçün olimpiadaya vəsiqəyə yiyələnib. O, lisenziyanı təmin etdikdən sonra bürünc medal uğrunda görüşə zədə üzündən çıxmayıb. Həsən Əliyevlə (60 kq) Məsut Haşımzadə (120 kq) isə erkən mərhələlərdə uduzaraq mübarizəni dayandırıblar. Bu səbəbdən, ölkəmiz növbəti yarış günündə aktivinə ikinci medalı yazdıra bilməyib. Ötən gün 55 kq çəkidəki təmsilçimiz Rövşən Bayramov qızıl medal və olimpiadaya lisenziya əldə edib.

Beləliklə, 2012-ci il London Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan idmançılarının sayı 12-yə çatıb. Rövşən Bayramov və Saman Ahman Tahmasebidən öncə atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti, akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva da bu hüquqa yiyələnib.
# 1135

Oxşar yazılar