İldırım iki futbolçunu vurub öldürdü
Lent.az-ın məlumatına görə, hadisə sentyabrın 12-də Duala şəhərində “Nussiya”nın futbol akademiyası ilə yerli komandalardan biri arasındakı görüş zamanı baş verib.
Matçın başa çatmasına az qalmış güclü tufan olub və ildırım dalğası stadionun meydançasını bir neçə dəfə vurub. Nəticədə “Nussiya”nın 17 yaşlı müdafiəçisi Buba Əhmədu ilə 20 yaşlı yarımmüdafiəçisi Erman Kepçu dünyasını dəyişib. Klub prezidenti Jan-Rene Nubissi bildirib ki, futbolçular xəstəxanaya gələrkən artıq ölü olublar.
İldırım vurmadan meydançada olan bütün oyunçular və hakim də zərər görüb. Neçə nəfərin ciddi zədə aldığı barədə informasiya yoxdur. Nubissi “Nussiya”nın futbol akademiyasında bütün məşqlərin təxirə salındığını da əlavə edib.

1318