“Neftçi” rəhbərliyindən sərt cəza
13 sentyabr 2011 18:00 (UTC +04:00)

“Neftçi” rəhbərliyindən sərt cəza

“Neftçi” klubunun rəhbərliyi, məşqçilər korpusu və komandanın aparıcı futbolçularının iştirakı ilə yığıncaq keçirilib. Lent.az-ın məlumatına görə, iclasda yarımmüdafiəçi Cavid Hüseynovun əvəzedici heyətə göndərilməsi ilə bağlı qərar qəbul olunub.

Səbəb kimi Azərbaycan millisində də çıxış edən Hüseynovun klubun daxili intizam kodeksini pozması göstərilib. Konkret hansı addımı göstərilməsə də, onun “Xəzər Lənkəran”la Unibank Premyer Liqası matçındakı zəif çıxışı ilə bağlı cəzalandırıldığı güman edilir. Yarımmüdafiəçi bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: “Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Əvəzedici heyətdə çıxış etməyə hazıram”.
# 447

Oxşar yazılar