Çempionlar Liqası: Erkən final
13 sentyabr 2011 19:00 (UTC +04:00)

Çempionlar Liqası: Erkən final

Onların arasında turnirin son qalibi İspaniya “Barselona”sı ilə ən titullu ikinci komanda sayılan İtaliya “Milan”ı arasındakı görüşün daha böyük maraq doğurduğu şübhəsizdir. İndiyədək “Milan” 7 dəfə Çempionlar Liqasını qazansa da, sonuncu belə uğur 2006-2007-ci il mövsümünə təsadüf edib. “Barselona” isə turnirdə 4 dəfə qalib adını qazanıb. Onlardan 3-ü son 6 mövsümdə baş verib. Ona görə də bu görüşü erkən final da adlandırmaq olar.

Kataloniya klubu İspaniya çempionatının ötən turunda “Real Sosyedad”la 2:2 hesablı heç-heçə edərək, 2 xal itirib. Bu səbəbdən, baş məşqçi Xosep Qvardiolanın komandası doğma publika qarşısında bəraət almaq üçün “Milan”a qalib gəlməyə borcludur. Üstəlik, Qvardiola “Real Sosyedad”la görüşdə Lionel Messi, Andres İnyesta və David Vilyanı ikinci hissədə meydançaya buraxıb, Karles Puyol və Xavyer Maskerano isə ümumiyyətlə oynamayıb. Bu səbəbdən, həmin oyunçular matça yorğun çıxmayacaqlar. Lakin “Barsa”nın yeni transferi Aleksis Sançes zədələnərək, 2 ayadək sıradan çıxıb.

Bu arada İspaniya mətbuatı İnyesta ilə “Milan”ın oyunçusu Mark van Bommel arasındakı növbəti qarşıdurma ətrafında ehtirasları daha da qızışdırmağa başlayıb. 2010-cu il dünya çempionatının finalında Hollandiya yığmasının oyunçusu ispaniyalı futbolçunun sinəsinə sərt zərbə endirib. Van Bommel həmin zərbə ilə bağlı sualın cavabında çiyinlərini çəkərək, “O, dünya çempionatının finalı idi, indi isə Çempionlar Liqasının adi görüşü olacaq” deyib.

“Milan”ın heyətində son məşqdə zədələnən Zlatan İbrahimoviç Barselonadakı qarşılaşmanı buraxacaq. Görmə ilə bağlı problemləri yaranan Cennaro Qattuzonun da iştirakı sual altına düşüb.

13 sentyabr

E qrupu

“Çelsi” (İngiltərə) – “Bayer” (Almaniya)
Baş hakim: Stefan Lannua (Fransa)

“Genk” (Belçika) – “Valensiya” (İspaniya)
Baş hakim: Tomas Aynvaller (Avstriya)

F qrupu

“Olimpiakos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa)
Baş hakim: Pedru Proensa (Portuqaliya)

“Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Canluka Rokki (İtaliya)

G qrupu

“Portu” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim: Feliks Brıx (Almaniya)

APOEL (Kipr) – “Zenit” (Rusiya)
Baş hakim: Eduardo İtturalde Qonsales (İspaniya)

H qrupu

“Barselona” (İspaniya) – “Milan” (İtaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)

“Viktoriya” (Plzen, Çexiya) – BATE (Belarus)
Baş hakim: Loran Düamel (Fransa)

Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
# 1130

Oxşar yazılar

Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50