Türkiyə millisi heyətini Bakıda açıqladı
13 sentyabr 2011 16:07 (UTC +04:00)

Türkiyə millisi heyətini Bakıda açıqladı

Bakıdakı dünya çempionatında iştirak edəcək boks üzrə Türkiyə milli komandası artıq Azərbaycandadır. Lent.az-ın məlumatına görə, hazırlığın ilkin mərhələsinə 35 boksçu ilə başlayan qardaş ölkənin komandası 3 toplanışdan sonra heyətini müəyyənləşdirib.

Türkiyə yığmasının kubalı baş məşqçisi Doqdoerto Rojas Skott yarışdan 15 gün öncə Bakıya gəlmələrini yerli ab-havaya uyğunlaşmaq və burada olan digər komandalarla toplanış keçmək məqsədi daşıdığını söyləyib: “Azərbaycana digər ölkələrin boksçuları da gələcək. Onlarla birgə məşq edib, rəqiblərimizi daha yaxından tanımaq imkanı əldə edəcəyik”.

Türkiyə Boks Federasiyasının prezidenti Eyüb Gözgəc isə dünya çempionatında 2012-ci il London Yay Olimpiya Oyunlarına 7 lisenziya qazanmaq niyyətində olduqlarını bildirib.

Türkiyə milli komandasının heyəti:

49 kq – Fərhad Pəhləvan

52 kq – Səlcuk Eker

56 kq – Furkan Ulaş Memiş

60 kq – Fatih Keleş

64 kq - Onur Şipal

69 kq – Önder Şipal

75 kq – Adem Kılıççı

81 kq – Caner Sayak

91 kq – Bəhram Müzəffər

91+ kq – Denizcan Gökkaya

Qeyd edək ki, dünya çempionatı sentyabrın 26-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar