Azərbaycan klublarına cəzalar yağdırıldı
Lent.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi cənub klubunu 2000 manat cərimələyib.
Bu dəfə lənkəranlı fanatlar Unibank Premyer Liqasının V turunda “Neftçi” ilə qarşılaşmanın 72-ci və 90-cı dəqiqələrində “fərqləniblər”.
Amma Premyer Liqanın debütantı “Rəvan” daha böyük məbləğdə cərimə ödəyəcək. “Bakı” ilə qarşılaşmada “Rəvan”ın 4 futbolçusu sarı vərəqə alıb. Bu isə kluba 1000 manat cərimə bahasına başa salıb. 48-ci dəqiqədə isə “Rəvan”ın futbolçusu Taqim Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən, Novruzov 4 oyunluq cəzalanıb, kluba daha 4 min manat cərimə kəsilib.
“Turan” da 1000 manat ziyana düşüb. Tovuz komandasının 4 futbolçusu “Qəbələ” ilə görüşdə sarı vərəqə alıb. 84-cü dəqiqədə isə “Qəbələ”nin məşqçisi Qari Stivens texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırılıb. Məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat ziyana düşüb.

573