“Qarabağ”ın stadion oyunu başladı
Lent.az-ın məlumatına görə, bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb. Əmrə əsasən, “Qarabağ”ın VI turda “Xəzər Lənkəran”la, VIII turda isə “Turan”la oynayacağı ev qarşılaşmaları Ağdamdakı Quzanlı Olimpiya Kompleksinin stadionunda deyil, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq. Çempionat öncəsi Qurban Qurbanovun komandası ev oyunlarının keçirilmə yeri kimi bu iki arenanı sifariş edib. Lakin Quzanlı stadionu əsas, Suraxanıdakı arena isə ehtiyat meydança qismində göstərilib. Hazırda Quzanlı qəsəbə stadionunun meydançasının ot örtüyündə bərpa işləri aparılır. Klub rəhbərliyi PFL-ə müraciət məktubu ünvanlayaraq, qarşıdakı 2 ev oyununun Suraxanıda təşkilinə icazə istəyib. Qurumun prezidenti isə bu xahişi müsbət cavablandırıb.
Qeyd edək ki, “Qarabağ” rəsmiləri Premyer Liqanın startı öncəsi bütün rəqiblərini Quzanlıdakı stadionda qəbul edəcəklərini, yalnız fors-major hallarda Suraxanıda çıxış edəcəklərini bildirirdilər.
Qeyd edək ki, “Qarabağ” rəsmiləri Premyer Liqanın startı öncəsi bütün rəqiblərini Quzanlıdakı stadionda qəbul edəcəklərini, yalnız fors-major hallarda Suraxanıda çıxış edəcəklərini bildirirdilər.
666