Sevda Yəhyayevanın ortağı “Xəzər Lənkəran”ın tarixinə düşdü
13 sentyabr 2011 11:39 (UTC +04:00)

Sevda Yəhyayevanın ortağı “Xəzər Lənkəran”ın tarixinə düşdü

Lent.az-ın məlumatına görə, Unibank Premyer Liqasının V turunda Lənkəranda keçirilən qarşılaşmada avtoqol müəllifi olan müdafiəçi Lənkəran klubu üçün qol vuran 5-ci rəqib oyunçu olub.

Məhz onun qolu sayəsində əyalət komandası qələbə qazanıb. Abışovadək “Xəzər Lənkəran” cəmi 4 dəfə belə qol sevinci yaşamışdı. Onlardan da 2-si Premyer Liqaya, 2-si ölkə kubokuna təsadüf etmişdi. Son belə hadisə 639 gün əvvəl elə Lənkəran stadionunda digər paytaxt təmsilçisi ilə matçda yaşanmışdı. Həmin vaxt komandamızı “Olimpik-Şüvəlan”ın üzvü Abdulkadir Kamara sevindirmişdi.

“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları

2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final
02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına

2007/08 mövsümü Azərbaycan çempionatı
23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına

2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final
09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına

2009/10 mövsümü Azərbaycan çempionatı
10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına

2011/12 mövsümü Azərbaycan çempionatı
10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına

Qeyd edək ki, tanınmış müğənni Sevda Yəhyayevlə eyni klipə çəkildikdən sonra Ruslan Abışovun futbolçu karyerasında eniş başlayıb. Onun oyunu nə Azərbaycan millisində, nə də “Neftçi”də əvvəlki kimi nəzərə çarpmır.
# 1567

Oxşar yazılar