Dünya çempionluğu və London olimpiadasına 10-cu lisenziya
13 sentyabr 2011 00:38 (UTC +04:00)

Dünya çempionluğu və London olimpiadasına 10-cu lisenziya

Lent.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsindəki təmsilçimiz bu uğura Türkiyənin İstanbul şəhərində təşkil olunan dünya çempionatında imza atıb.

Bayramov finalda Belarus güləşçisi Elbek Taciyevi yenib – 3:0, 1:0. Yarışın ilk günündə döşək üzərinə çıxan daha 2 yunan-Roma güləşçimiz Vitali Rəhimovla (66 kq) Şalva Qadabadze (96 kq) nə medal, nə də lisenziya əldə edə bilib.

Beləliklə, Azərbaycanın London olimpiadasına qazandığı lisenziyaların sayı 10-a yüksəlib. Rövşən Bayramovdan öncə atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti, akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva da bu hüquqa yiyələnib.
# 678

Oxşar yazılar