Sumqayıta göndəriləcək hakimlər açıqlandı
12 sentyabr 2011 19:26 (UTC +04:00)

Sumqayıta göndəriləcək hakimlər açıqlandı

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Matçın baş hakimi Elnur Muradov olacaq. Ona Ramiz Əsədovla Elşən Acalov yan xətt hakimləri, Fuad Həsənov isə ehtiyat hakim qismində kömək edəcəklər.

Qeyd edək ki, 4 oyundan sonra “İnter” 6 xalla 9-cu, “Sumqayıt Şəhər” isə 1 xalla 12-ci pillədə qərarlaşıb.
# 613

Oxşar yazılar