“Barselona”nın yeni transferi sıradan çıxdı - FOTO
İspaniyanın “Barselona” klubunun yayda İtaliya “Udineze”sindən 26 milyon avroya aldığı futbolçu Aleksis Sançes 2 ay müddətinə sıradan çıxıb. Lent.az-ın Kataloniya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sançes sentyabrın 10-da “Real Sosyedad”la 2:2 hesablı heç-heçə etdikləri İspaniya çempionatı matçında sağ ayağından xəsarət alıb.
30-cu dəqiqədə “Barsa” hesabda 2:0 öndə olarkən, 22 yaşlı forvard uğursuz sürüşmə fəndi nəticəsində zədələnib. Meydançanı tərk etməli olan çilili oyunçunu ispaniyalı hücumçu David Vilya əvəzləyib. Sançesə sağ ayaq əzələlərindən birində qırılma diaqnozu qoyublar. Bərpa dövrü plan üzrə getsə, o, üst-üstə 13 matçı buraxacaq.
Qeyd edək ki, Aleksis Sançes “Barselona” ilə 5 illik müqavilə bağlayıb.

925