Məşhur boksçumuz vəfat edib
12 sentyabr 2011 17:09 (UTC +04:00)

Məşhur boksçumuz vəfat edib

Boris Davidoviç Kipiani 20 noyabr 1932-ci ildə Bakıda anadan olub. O, dəfələrlə Azərbaycan çempionu, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçısı olub, gənclər arasında SSRİ birinciliyinin qızıl medalına layiq görülüb. Bu yüksək idman nailiyyətlərinə görə ona SSRİ idman ustası adı verilib. Azərbaycan Döğvlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra məşqçilik fəaliyyəti ilə məşğul olub, onlarla yüksək dərəcəli idmançılar yetişdirib. Uzun illər Azərbaycan və Türkiyə yığma komandalarının məşqçisi kimi çalışıb. O məşqçilik fəaliyyəti ilə yanaşı müxtəlif miqyaslı yarışlarda fəal hakimliklə də məşğul olub. Son zamanlar Boris Kipiani Azərbaycan Neft və Kimya İnstitutunun Bədən Tərbiyəsi kafedrasında çalışdığı müddət ərzində bir sıra əhəmiyyətli elmi araşdırmalar aparıb, onlarla metodiki və tədris vəsaiti hazırlayıb.

Azərbaycan boksunun inkişafı və tərəqqisindəki əməyinə görə ona “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Əməkdar müəllim”, dosent adları verilib, “Prezident təqaüdü”nə layiq görülüb.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823

Oxşar yazılar