Rusiya futbolçuları dünya çempionu oldular
Lent.az-ın məlumatına görə, şimal qonşularımız İtaliyanın Ravenne şəhərində keçirilmiş çempionatın finalında turnirin 13 qat qalibi Braziliyanı yeniblər.
İlk dövrədə 3:2 hesabı ilə öndə olan rusiyalılar ikinci hissədə fərqi daha da artırıblar – 9:4. Üçüncü dövrədə qonşularımız bir qədər arxayınlaşsalar da, matçı üstün hesabla tamamlaya biliblər - 12:8.
Beləliklə, 16-cı dəfə keçirilən dünya çempionatında əvvəllər finala belə yüksələ bilməyən Rusiya millisi bu dəfə bir oyunda da uduzmadan 44:21 yekun top fərqi ilə qalib olub. 3-cü yeri Salvadoru 3:2 hesabı ilə yenən Portuqaliya tutub. Matçın bombardiri adına isə Braziliya yığmasının üzvü Andre layiq görülüb.
Qeyd edək ki, çimərlik futbolu üzrə dünya çempionluğunu Braziliya və Rusiyadan əlavə, Portuqaliya və Fransa yığmaları da qazanıb.

Oxşar yazılar

Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19