Azərbaycanlı futbolçu Türkiyə çempionatında debüt etdi
12 sentyabr 2011 13:34 (UTC +04:00)

Azərbaycanlı futbolçu Türkiyə çempionatında debüt etdi

“Neftçi”nin futbolçusu Amit Quluzadə Türkiyə çempionatında debüt edib. Lent.az-ın məlumatına görə, “Ərciyəsspor”un şərəfini qoruyan gənc yarımmüdafiəçi Bank Asya 1-ci liqasının ilk turunda “Bucaspor”la keçirilən səfər oyununun ikinci hissəsində meydançaya çıxıb.

Meydan sahibləri ilk hissədə hesabı açsalar da, Quluzadə komanda yoldaşını əvəzləyəndən az sonra kayserililər bərabərlik qolunu vurublar.

Qeyd edək ki, ötən mövsümün sonunda gənc yarımmüdafiəçinin flaqmanla müqavilə müddəti başa çatmasa da, “Neftçi” rəhbərliyi Quluzadənin karyerasını ölkə xaricində davam etdirməsinə şərait yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar