Voleybolçularımız Birləşmiş Ərəb Əmirliklərinə dəvət olunub
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubayda mərhum Şeyx Raşed bin Said Əl-Məktumun xatirəsinə həsr olunmuş 13-cü beynəlxalq voleybol çempionatı açılış mərasimində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, açılış mərasimində əvvəl Samir İmanov onu dəvət etmiş BƏƏ Voleybol Federasiyasının prezidenti və eyni zamanda Dubay dəniz şəhərinin (Dubai Maritime City) müdiri Amer Əli ilə görüşüb, ona Azərbaycanda idmanın inkişafı, dövlətin bu sahəyə göstərdiyi qayğı sayəsində azərbaycanlı idmançıların qazandıqları uğurlar barədə məlumat verib.
BƏƏ Voleybol Federasiyasının prezidenti BƏƏ-nin voleybol üzrə yığma komandasının keçdiyi inkişaf yolu və nailiyyətləri haqda məlumatları Samir İmanovun diqqətinə çatdırıb. Amer Əli gələn il keçiriləcək 14-cü beynəlxalq yarışda Azərbaycanın voleybol üzrə yığma komandasının da iştirakının arzu edilən olduğunu söyləyib və Samir İmanovdan bu işdə ona yardım göstərilməsini xahiş edib.
Samir İmanov növbəti çempionatadək bu əlaqələrin qurulmasına səy göstərəcəyini vurğulayıb. Görüşün sonunda “Azərbaycan” Cəmiyyətinin sədri Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycan xəritəsi təsvir edilmiş suveniri, Heydər Əliyev Fondunun hazırladığı “Muğamın dirçəlişi” disk və kitabçada ibarət toplunu, eləcə də “Azərbaycan xalçaları” kitabını BƏƏ Voleybol Federasiyasının prezidentinə hədiyyə edib. Daha sonra Dubay əmirinin oğlu Şeyx Məcid bin Məhəmməd Əl-Məktumun və Şeyxə Şəmsə Əl-Məktumun, BƏƏ-nin digər rəsmilərinin iştirakı ilə 13-cü beynəlxalq voleybol çempionatının açılış mərasimi olub.
Beynəlxalq yarışın 1-ci günü başa çatdıqdan dərhal sonra hakim ailənin üzvü, BƏƏ-də qadın idmanının inkişafında böyük əməyi olan BƏƏ Voleybol Federasiyasının Rəyasət Heyətinin üzvü və eyni zamanda BƏƏ qadınlardan ibarət Voleybol yığmasının rəhbəri və sponsoru Şeyxə Şəmsə Əl-Məktum Samir İmanovla görüşüb, Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının uğurlarından xəbərdar olduğunu bildirib. Samir İmanov Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərdən söz açıb. Şeyxə Şəmsə Əl-Məktum Azərbaycanla idman sahəsində əlaqələrin daha sıx inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

640