Obamanın xanımı Serena Uilyamsla tennis oynadı - FOTO
10 sentyabr 2011 17:49 (UTC +04:00)

Obamanın xanımı Serena Uilyamsla tennis oynadı - FOTO

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, 45 dəqiqə davam edən yoldaşlıq oyununda Mişel Obama məşhur tennisçiyə uduzsa da, qanını qaraltmayıb, əksinə, hələ kollecdə oxuduğu vaxtdan sevdiyi tennis oyununu oynadığı üçün sevindiyini gizlətməyib.

Qeyd edək ki, Mişel Obama uşaqların şişmanlığına ictimai diqqəti yönəltmək üçün kampaniya aparır. Onun tennis yarışında iştirakı da yeniyetmələrin və gənclərin diqqətini idmana yönəltmək məqsədi daşıyıb. Mişel Obama deyib ki, idmanda ən yaxşı olmaq məcburi deyil, sadəcə, oyundan həzz almaq gərəkdir: “Mən tennisi həddən çox sevirəm, lakin mənim bu sahədə bacarığım kifayət qədər deyil”.

O, uşaqlarına da idmanla məşğul olmağı tövsiyə etdiyini bildirib: “Mən və uşaqlarımın 90 yaşa qədər yaşayacağına ümid bəsləyirəm. Ona görə də qızlarıma gənc yaşlarında idmanla məşğul olmağı tövsiyyə edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar