Futbol tarixində ən bahalı təklif
08 sentyabr 2011 15:48 (UTC +04:00)

Futbol tarixində ən bahalı təklif

Lent.az-ın İspaniyanın “Marca” qəzetinə istinadən verdiyi məlumata görə, bu ilin martında milyarder Süleyman Kərimov sahibi olduğu Mahaçqalanın “Anji” klubuna rəhbərlik etməsi üçün Joze Maurinyoya 1 il üçün 25 milyon avro təklif edib. Ancaq “Real” klubundan getməyi düşünməyən Joze Maurinyo bu təklifi rədd edib, Roberto Karlos və Eto kimi futbolçuları transfer edən Süleyman Kərimov istəyinə çatmayıb.


“Marca” qəzeti yazıb ki, İngiltərənin “Manchester City” klubu da Joze Maurinyo ilə danışıq aparıb. Ancaq portuqaliyalı mütəxəssis bu klubun 20 milyon avroluq təklifini də qəbul etməyib. Türkiyənin “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən isə Joze Maurinyoya istədiyi rəqəmi yazmasını təklif edib. Ancaq Joze Maurinyo bu fantastik təklif qarşılığında da “Beşiktaş”da çalışmaq istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar