Azərbaycanın futbol yığmasından tarixi zəfər
07 sentyabr 2011 10:18 (UTC +04:00)

Azərbaycanın futbol yığmasından tarixi zəfər

Lent.az-ın məlumatına görə, Bakıda Qazaxıstanı məğlub edən milli komandamız tarixində ilk dəfə olaraq, qrup mərhələlərində 7 xal topladı. Həm də keçirdiyi 8 oyunda 9 qol vuran komandamız qol vura bilməmək ənənəsinə də son qoymuş oldu.


Oyuna gəlincə, qarşılaşma Berti Foqtsun komandası üçün yaxşı başlamadı. 16-cı dəqiqədə qonaq komanda hesabda irəli çıxdı. Lakin üstünlük futbolçularımızın tərəfində idi və ikinci hissə başlayandan bir az sonra yığma komanda ardıcıl 3 qol vurdu. 77-ci dəqiqədə qazaxıstanlılar qollardan birinin əvəzini çıxsa da, bu, heç nəyi dəyişmədi.


Qrupumuzun digər oyununda Türkiyə futbolçuları səfərdə Avstriya ilə qolsuz heç-heçə edib. 4 gün əvvəl Qazaxlarla oyunda son dəqiqə qolu vuraraq, komandasına qələbə qazandıran Arda Turan bu dəfə son dəqiqədə təyin edilmiş penaltini qola çevirə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1285

Oxşar yazılar