Bakı 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə rəsmi namizədlər sırasında
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarını qəbul etmək uğrunda mübarizə aparacaq şəhərlərin tam siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, Doha, İstanbul, Madrid, Roma və Tokio ilə yanaşı Olimpiadanın keçirilməsi uğrunda Bakı da yarışacaq. Ərizələrin verilməsi tarixi sentyabrın 1-də başa çatıb.
Bundan sonra milli komitələr BOK-a iddiaçı ölkə və şəhərlərin Olimpiadanı qəbul etmək və keçirmək imkanları barədə məlumat təqdim etməlidirlər. BOK bu məlumatlar əsasında 2020-ci il Olimpiya oyunlarını keçirmək uğrunda mübarizəni davam etdirəcək şəhərləri seçəcək. Bu zaman növbəti mərhələyə keçəcək şəhərlərin sayı dəqiqləşdirilmir.
BOK-un xüsusi komissiyası bu mərhələdə namizəd şəhərlərə baş çəkərək vəziyyətlə yerində tanış olacaq. Qeyd edək ki, 2020-ci il Olimpiadasını qəbul edəcək ölkənin adı 2013-cü il sentyabrın 7-də Buenos-Ayresdə açıqlanacaq.
Altı namizəd şəhərdən Roma (1960) və Tokio (1964) indiyə qədər Yay Olimpiya oyunlarını qəbul edib. İtaliya və Yaponiya Qış Olimpiya Oyunlarını hərəyə iki dəfə qəbul edən ölkədir. Yaponiya 1972 (Sapporo) və 1998-ci (Naqano) illərdə, İtaliya 1956 (Kortina d Ampetso) və 2006-cı (Turin) Qış Olimpiadasının ev sahibi olub.
İspaniya 1992-ci ildə (Barselona) Yay Olimpiya Oyunlarını qəbul edib. Azərbaycan, Türkiyə və Qətər isə heç bir zaman Olimpiya oyunlarını qəbul etməyiblər.

Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59