Unibank Premyer Liqasında ilk ispaniyalı debüt etdi
01 sentyabr 2011 13:36 (UTC +04:00)

Unibank Premyer Liqasında ilk ispaniyalı debüt etdi

Lent.az-ın məlumatına görə, ispaniyalı Mario Rosas və portuqaliyalı Antonio Semedo karyeralarında ilk dəfə “ağ-yaşıl” formada meydana çıxıblar.

“Rəvan”la səfər matçında sonradan meydana daxil olan legionerlərin debütü “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını artırıb. Bu matçadək 133 futbolçuya rəsmi matça çıxmaq nəsib olmuşdusa, pireneylilər bu rəqəmi 135-ə çatdırıb. Onlardan 9-u elə cari mövsüm debüt imkanı qazanıb. Mario ilə Antonioya kimi Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç və Branimir Subaşiç yeni komandalarında debüt ediblər.

Lənkəran komandasının şərəfini qorumuş 135 oyunçudan 52-si yerli, 83-ü əcnəbidir ki, Mario İspaniyanın nəinki “Xəzər Lənkəran”da, ümumiyyətlə Azərbaycan çempionatında və klublarındakı ilk təmsilçisi olub. Bu Pireney yarımadasındakı ölkə isə cənub klubunda oyunçu ilə təmsil olunan 30-cu məkandır. Bu matçadək “Xəzər Lənkəran” forması geyinən legionerlər 29 ölkəni təmsil edirdilər.

Semedo isə 4-cü portuqaliyalı olub: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəsi 1.

Qeyd edək ki, Rosas və Semedonun debüt etdiyi oyun Elvin Beqiri üçün yubileylə əlamətdar olub. Albaniyalı 50-ci dəfə meydana çıxmaqla “Xəzər Lənkəran”da 100-ü yarılayan 29-cu futbolçu və ya 13-cü legioner olub. Rumıniyalı Katalin Doman isə nisbətən kiçik yubiley qeyd edərək 30-cu matçına çıxıb və bunu qolla qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar