“Neftçi” dayandı, baş məşqçi istefanı zəiflik saydı
Lent.az-ın məlumatına görə, 2010-2011-ci il mövsümündə Unibank Premyer Liqasının qalibi olan “Neftçi” Çempionlar Liqasında çıxışını dayandırıb.
Mübarizəyə II təsnifat mərhələsindən qoşulan flaqman Xorvatiyanın paytaxtı Zaqrebdə 0:3 hesabı ilə uduzduğu “Dinamo”nun müqavimətini Bakıda qıra bilməyib – 0:0. İlk oyunla müqayisədə “ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov start heyətində iki dəyişiklik edib. Zədəli İqor Mitreski və zəif çıxış etmiş Alessandro Viana da Silva ilk “11-lik”dən kənarda qalıb. Onları Ruslan Əmircanovla Bahodir Nasimov əvəzləyib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmanın hələ 5-ci dəqiqəsində “Neftçi” ciddi itki ilə üzləşib. Braziliyalı yarımmüdafiəçi Rodriqinyo zədələnərək meydançanı tərk edib. Onun əvəzinə gənc Cavid İmamverdiyev oyuna daxil olub. Meydan sahiblərinin heyətində yer alan 2 hücumçu – Emil Mpenza və Bahodir Nasimov, eləcə də Premyer Liqadakı inamlı çıxışı ilə fərqlənən Flavinyo kimi hücumameylli yarımmüdafiəçi yer alsa da, onlar heç nə ilə yadda qala bilməyiblər. Ümumiyyətlə, rəqibindən zəif təsir bağışlayan “Neftçi”ni bir neçə epizodda qoldan yeni transfer – serbiyalı qapıçı Saşa Stamenkoviç xilas edib. Baş məşqçi Arif Əsədovun 3 top fərqini aradan qaldıra bilməyəcəyi əvvəlcədən çoxlarında şübhə doğurmurdu. Hətta rəhbərliyin üzrxahlığına və çağırışlarına baxmayaraq, azarkeşlər oyuna elə də maraq göstərməməklə, bunu büruzə veriblər. Meydançaya gələn 6-7 min azarkeş isə ikinci hissənin əvvəlindən sonunadək Əsədovu istefaya səsləyib.
Lakin “Neftçi”nin baş məşqçisi oyundan sonra təşkil olunan mətbuat konfransında istefanı zəiflik əlaməti sayıb: “6 illik fasilədən sonra çempion olduq. Komandanı bundan da böyük uğura daşıyan varsa, yerimi ona verməyə hazıram. “Neftçi”də pula görə yox, ada görə çalışıram. Hans-Yurgen Gede kimilərin komandanı nə vəziyyətə gətirdiyini görmüşdünüz. Deyərdim ki, Çempionlar Liqasında zəif rəqibə uduzmamışıq. “Dinamo” çox səviyyəli komandadır. Rəqib bizdən üstün oyun nümayiş etdirdi. Reallıqla barışmaq lazımdır. Onlar bizə hücum qurmağa imkan vermədilər. İndiki vəziyyətdə istefa verməyi zəiflik sayıram. Bundan sonra yalnız irəli baxacağıq”.
“Dinamo”nun baş məşqçisi Krunoslav Yurçiç isə ilk oyunda olduğu kimi, cavab matçında da qalib gələ bilməmələrindən məyusluğunu ifadə edib: “Bugünkü oyundan çox razıyam. Futbolçularım topa daha çox nəzarət edərək lazımi nəticəni qazandılar. “Neftçi”nin qapıçısını fərqləndirmək istərdim. O, oyun boyu yaxşı təsir bağışladı. Açığı, bu oyunda qələbə qazana bilməməyimizə görə məyusam. İstəyirdim ki, Bakıdan qalib ayrılaq. Futbolçularıma aqressiv və sürətli oynamağı tapşırmışdım. Onlar da bunu yerinə yetirdilər”.

567