Püşk yarışdan sonra atılacaq
19 iyul 2011 17:45 (UTC +04:00)

Püşk yarışdan sonra atılacaq

İyulun 23-də Qazaxıstanın paytaxtı Astanada yeniyetmələr arasında boks üzrə dünya birinciliyi start götürəcək. Lent.az-ın məlumatına görə, “Qazaxıstan” İdman Sarayında keçiriləcək yarışda 50-dən çox ölkənin 600-ə yaxın idmançısının iştirak etməsi gözlənilir.

Azərbaycan dünya birinciliyində 13 çəki dərəcəsindən 12-də təmsil olunacaq. Məşqçilər yalnız 66 kq çəki dərəcəsində Astanaya heç kimi aparmayıblar. Baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında yarışda Elnur Şəfizadə (46 kq), Məsud Yusifzadə (48 kq), Malik Muradov (50 kq), Nəsrəddin Məmmədov (52 kq), Peyman Yusifli (54 kq), İman Əhmədli (57 kq), Nurlan Nağıyev (60 kq), Fuad Mustafayev (63 kq), Orxan Mayıllı (70 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (+80 kq) mübarizə aparacaq. Dünya birinciliyinin final döyüşləri iyulun 30-da keçiriləcək.

Qeyd edək ki, iyulun 31 və avqustun 1-də isə Astanadakı “Pekin” otelində AİBA İcraiyyə Komitəsinin toplantısı keçiriləcək. Toplantı başa çatdıqdan sonra WSB liqasının 2011-2012-ci illər mövsümünün püşkatma mərasimi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar