Bakı “İnter”i “Bursaspor”a böyük hesabla uduzdu
Avstriyada təlim-məşq toplantısında olan Bakının “İnter” futbol komandası Türkiyə Superliqasının bürünc mükafatçısı “Bursaspor”la yoldaşlıq görüşündə üz-üzə gəlib. Lent.az-ın məlumatına görə, Villax şəhərindəki “Lind” stadionunda baş tutan qarşılaşma baş məşqçi Ərtuğrul Sağlamın komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
“İnter”dən fərqli olaraq, “Bursaspor” oyuna tərkibi daha çox gənc futbolçulardan ibarət heyətlə çıxıb. Qolları da elə gənclər vurub. 35-ci dəqiqədə Bədri Can, 76 və 80-ci dəqiqələrdə isə İlhan Dəpə fərqlənib. “İnter”in oyunçularından Samir Zərgərovla Baçana Tsxadadze də qol vurublar. Lakin hər iki epizodda avstriyalı baş hakim Haynts Dorfer “ofsayd” qeydə alıb.
Ərtuğrul Sağlam: “Gözəl matç oldu. Komanda olaraq “İnter” yaxşı təsir bağışladı. Birinci hissədə komandanız çox yaxşı oynadı. İkinci hissədə heyətiniz dəyişdirildi və bu da, zənnimcə, oyun nizamının pozulmasına səbəb oldu. Amma onu da vurğulamaq lazımdır ki, hazırlıq prosesi hələ davam edir. İrəlidə daha yaxşı olacağını düşünürəm və “İnter”ə uğurlar arzulayıram. “Bursaspor”a gəldikdə, gənc və zədədən yeni qurtulmuş futbolçulara şans verdim. Gənc qardaşlarımız bu istəyi, arzuları ilə gələcəkdə komandada yer ala biləcəklərini göstərdilər. Birinci hissə də yaxşı keçdi, amma fasilədən sonra daha yaxşı idik. Xüsusən, gənc futbolçularımızın “Bursaspor”un gələcəyi baxımından, çox böyük dəyər olduqlarını söyləyə bilərəm”.
Kaxaber Tsxadadze (“İnter”in baş məşqçisi): “Birinci hissədə oyunumuz məzmunca pis deyildi. Amma qol imkanlarından faydalanma barədə belə demək olmaz. İkinci hissədə heyəti tam dəyişdirdik. Bu hissənin nəticəsi heyətlər arasında fərqin böyük olduğunu göstərdi”.

504