Bakıda Heydər Əliyevin xatirəsinə Qran-Pri turniri keçiriləcək
Bakıda Heydər Əliyevin xatirəsinə ağırlıqqaldırma üzrə Dünya Qran-Prisi keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İskəndər Əsgərovun Lent.az-a verdiyi məlumata görə, bu haqda razılıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Tamaş Ayanın Bakıya səfəri zamanı əldə edilib.
Əsgərov bildirib ki, 2012-ci ilin dekabrında təşkil olunacaq Qran-Pri turnirinin müəyyən mükafat fondu olacaq. Bütün xərcləri isə AAAF öz üzərinə götürəcək.
Ayan qısamüddətli səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və AAAF prezidenti Cahangir Əsgərovla görüşüb. Əsgərovun sözlərinə görə, görüş zamanı yeni yaradılan Avrasiya Ağırlıqqaldırma Assosiasiyasının gələn ilin dekabrındakı iclasının Bakıda təşkili barədə də razılığa gəlinib.
İWF prezidenti bolqarıstanlı legionerlər Valentin Xristov və Boyanka Kostovanın Azərbaycan yığmasına keçidində yaranan problemlərin həlli istiqamətində müəyyən tövsiyələr də verib. Bundan başqa qonaq Şağan Olimpiya Kompleksinə baş çəkib. O, gördüklərindən razı qalıb.
Elşən MƏMMƏDOV

634