“Beşiktaş”da şok istefa!
Türkiyədə danışılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində həbs olunan “Beşiktaş” klubunun birinci vitse-prezidenti və klubun futbol komitəsinin rəhbəri Serdal Adalı istefa verib. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Serdal Adalı vəkili vasitəsi ilə yaydığı açıqlamada bildirib ki, aparılan istintaq zamanı şəxsən onunla və “Beşiktaş” klubu ilə bağlı bəzi iddialar gündəmə gəlib.
Serdal Adalı vurğulayıb ki, istintaq sirləri gizli saxlanılmalı olduğu halda mətbuatda dəlil adı altında əlaqəsiz ifadə və telefon danışıqları doğru kimi təqdim olunub: “Bunu vicdana sığmayan, insan hüquqlarına zidd olduğunu cəmiyyətin diqqətinə çatdırmaq istəyirəm. “Beşiktaş”a zərər gətirəcək heç bir hərəkətim və düşüncəm olmayıb. Haqqımdakı iddiaların heç bir əsaslı deyil. Bu günə qədər sadəcə, klubun uğuru üçün çalışmışam və hər vaxt mənim üçün əsas “Beşiktaş” olacaq. Əsilsiz iddialar və mediada yayılan xəbərlər şəxsən mənə və ailə zərər vurduğu kimi “Beşiktaş” klubuna da böyük zərər verməkdədir. Mənim üzərimdən “Beşiktaş” klubunun sarsıdılmasına mane olmaq üçün klubda tutduğum vəzifələrdən istefa verirəm. Məhkəmənin ən qısa müddətdə gerçəkləri üzə çıxaracağına, “Beşiktaş” klubunun və mənim bu dövrdən alnıaçıq çıxacağına və alın təri ilə aldığımız Türkiyə Kubokunun yenidən klubumuzun şanlı qələbələri ilə dolu olan muzeyimizə geri dönəcəyinə inanıram”.

525