Əfsanəvi Patrik Vieyra karyerasını başa vurdu
15 iyul 2011 11:17 (UTC +04:00)

Əfsanəvi Patrik Vieyra karyerasını başa vurdu

Lent.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi son 1,5 ildə İngiltərə “Mançester Siti”də çıxış edib.

İyulun 14-də rəhbərlik onun klubda qalaraq futbolun inkişafına cavab verəcəyini və kommersiya layihələrində iştirak edəcəyini açıqlayıb. Vieyra klubda işləmək və futbolu başqa tərəfdən öyrənmək imkanı yaratdığı üçün “Mançester Siti”yə, eləcə də oynadığı müddətdə ona hər zaman dəstək olan azarkeşlərə minnətdarlıq edib.

Qeyd edək ki, Patrik Vieyranın ilk 2 klubu Fransa “Kann”ı ilə İtaliya “Milan”ı olub. Lakin o, karyerasının böyük hissəsini (1996 – 2005) İngiltərə “Arsenal”ında keçirib. Bu komanda ilə 3 dəfə İngiltərə çempionu, 4 dəfə ölkə kubokunun sahibi olub. Sonradan Vieyra İtaliyanın “Yuventus” və “İnter” komandalarında da çıxış edərək, 4 qat İtaliya çempionu tituluna yiyələnib. Təcrübəli yarımmüdafiəçi 2010-cu ilin yanvarında “Mançester Siti”yə keçib, bu komanda ilə 2010-2011-ci il mövsümündə son titulunu – İngiltərə Kubokunu əldə edib.

Patrik Vieyra Fransa millisinin heyətində 107 oyuna 6 qol vurub, 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionu olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar