Avropa Liqası: “Qarabağ”la “Xəzər Lənkəran” nə edəcək?
Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran” İsrailin Təl-Əviv şəhərində “Makkabi”nin, “Qarabağ” isə Farer adalarının paytaxtı Torshavnda “Streymur”un qonağı olacaq. “Xəzər Lənkəran” NBC Bank Azərbaycan Kubokunun qalibi olduğu üçün birbaşa II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. “Qarabağ” isə artıq I təsnifat mərhələsini uğurla keçib. Ağdam təmsilçisi Litva “Banqa”sını səfərdə 4:0, evdə 3:0 hesabı ilə yenib. Bir çoxları “Streymur”u da zəif rəqib kimi dəyərləndirsə də, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov belə düşünmür. Əksinə, o bildirib ki, ardıcıl 4 mövsümdür, Avropa kuboklarında çıxış etməsi “Streymur”un gücündən xəbər verir. Ağdam komandası oyuna 2 gün qalmış Farer adalarına yola düşüb. Komandamız hətta oyun günü məşq edib.
“Xəzər Lənkəran” da “Makkabi” ilə qarşılaşmaya ciddi hazırlaşıb. Görüş öncəsi Avstriyada təlim-məşq toplantısı keçən baş məşqçi Mirça Rednikin komandası bir neçə yoxlama matçında qüvvəsini sınayıb. Həmin oyunlarda komandanın qolçu sarıdan problemlərinin olduğu diqqətdən yayınmayıb. Lənkəran təmsilçisi iki aparıcı futbolçusu – müdafiəçi Adrian Skarlatake ilə hücumçu Uinston Parksı itirib.
Digər tərəfdən, Təl-Əviv “Makkabi”si İsrailin ən titullu klubu sayılır. Bu komanda 20 dəfə İsrail çempionluğu, 22 dəfə ölkə kubokunu qazanıb. Bununla belə, heyətini 6 yeni futbolçu ilə gücləndirən “Xəzər Lənkəran” Təl-Əvivdə uğurlu nəticəyə ümid edir. Rednik oyun öncəsi keçirdiyi mətbuat konfransında bildirib ki, komandasının növbəti mərhələyə yüksəlmək üçün real şansı var: “Siz hesab edirsiniz ki, mənim komandam güclü deyil. Amma yaxşı bilirəm ki, “Xəzər Lənkəran” güclü klubdur. Biz bura elə-belə gəlməmişik. Komandamızın qarşısında real şans var. “Makkabi”nin çox yaxşı komanda olduğunu bilirəm. İkinci oyun Lənkəranda olacaq və orada vəziyyət digər ssenari ilə davam edə bilər. Bura əyləncə üçün gəlməmişik”.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:30-da başlanacaq “Makkabi” – “Xəzər Lənkəran” matçını yunanıstanlı referi İlias Spatas idarə edəcək. Təl-Əviv şəhərindəki “Blumfild” stadionunda keçiriləcək görüş ANS TV vasitəsilə canlı yayımlanacaq. “Streymur” – “Qarabağ” qarşılaşmasının start fitini isə uelsli baş hakim Mark Stiven Uitbi saat 23:00-da çalacaq. Oyun Torshavn şəhərindəki “Qundadalur” stadionunda baş tutacaq.
Elşən MƏMMƏDOV

579