Boksçu rəqibini öpmək istədi, dava düşdü
14 iyul 2011 19:00 (UTC +04:00)

Boksçu rəqibini öpmək istədi, dava düşdü

Lent.az-ın “Fightnews.com”a istinadən verdiyi məlumata görə, olay iki boksçunun 16 iyul döyüşü öncəsi Almaniyanın Münhen şəhərində təşkil olunmuş mətbuat konfransında baş verib.

Qarayın öpüş cəhdi toqquşmaya səbəb olub. Boksçuları aralayıblar və onların bir-birinə zərbə endirmələrinə icazə verməyiblər. Ardından argentinalı boksçu almaniyalı rəqibini əl-qol hərəkəti ilə hədələyərək, onu doğrayacağını bildirib.

Rəqibini öpmə cəhdinədək Qaray Huku bir neçə dəfə təhqir edib. Almaniyalı boksçu onun davranışını gülməli sayıb və döyüş zamanı cəzalandıracağına söz verib. O, qalib gəlsə, WBO (Ümumdünya Boks Təşkilatı) versiyasında 90,9 kq çəki dərəcəsində dünya çempionu titulunu qoruyacaq.

Qeyd edək ki, 26 yaşlı Marko Huk peşəkar rinqdə 33 döyüş keçirib. Huk 23-ü nokaut olmaqla 32 qələbə qazanıb, 1 məğlubiyyətlə üzləşib. 30 yaşlı Uqo Qaray isə karyerası ərzində 39 döyüşün 34-də (18-i nokaut) udub, 5-də uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar