Futbolçu oyun vaxtı aldığı zədədən öldü
Lent.az-ın məlumatına görə, iyulun 6-da “Totem”lə görüş zamanı rəqibin oyunçusu İvan Aqarkovla toqquşma nəticəsində başından ciddi xəsarət alan Paşenko bir həftə sonra keçinib.
Toqquşmadan dərhal sonra oyun dayandırılıb, qapıçını Krasnoyarsk xəstəxanalarından birinə çatdırıblar. Paşenkonun gicgah sümüyünün sındığını aşkarlayan həkimlər onu əməliyyat ediblər. Əməliyyatdan sonra qolkiperin səhhəti kəskin pisləşib. Həkimlər onun həyatının xilası üçün bir həftəyədək çalışıblar. Lakin 35 yaşlı qapıçını komadan çıxarmaq mümkün olmayıb.
Qeyd edək ki, “Totem” – “Atom” matçı Krasnoyarsk diyarının çempionatı çərçivəsində baş tutub. “Atom”un baş məşqçisi Konstantin Kamaltınov Andrey Paşenkonun zədə aldığı anı oyun epizodu adlandırıb və “Totem”in futbolçularına heç bir iradının olmadığını bildirib.

485