Roberto Karlos “Anji”nin prezidenti olacaq
Lent.az-ın məlumatına görə, bu barədə 38 yaşlı müdafiəçi “A Cidade” nəşrinə bildirib.
“Sambaçı” deyib ki, hələ Mahaçqala təmsilçisinə keçməmiş klubun sahibi Süleyman Kərimovla belə bir razılıq əldə edib. O, 2013-cü ildə “Anji” ilə müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirəcəyini söyləyib: “Sonra isə mən Rusiyada uzun müddət yaşamaq istəyirəm. Ümidvaram ki, bir neçə braziliyalının köməyi ilə güclü komanda yarada biləcəyəm”.
Hazırda “Anji”də prezident vəzifəsi yoxdur. Kluba operativ rəhbərliyi baş direktor German Çistyakov həyata keçirir.
Qeyd edək ki, Roberto Karlos “Anji”yə 2011-ci ilin əvvəllərində “Korintians”dan keçib. O, 2011-2012-ci il mövsümündə Rusiya Premyer Liqasında 16 oyuna 3 qol vurub.

539