Amerika Kuboku: Bütün ¼ finalçılar müəyyənləşdi
Lent.az-ın məlumatına görə, qrup mərhələsinin son tur matçında Braziliya Ekvadora 4:2 hesabı ilə qalib gəlib.
Aleşandro Pato və Neymar hərəyə 2 dəfə fərqləniblər. Ekvadorun heyətində isə Felipe Kaysedo “dubl” edib. Bu qrupun digər matçında Paraqvay Venesuela ilə heç-heçə edib – 3:3. Braziliya və Venesuela qrupda 5, Paraqvay 3, Ekvador 1 xal toplayıb. İlk 3 komanda növbəti mərhələyə yüksəlib.
¼ finalda Braziliya – Paraqvay, Venesuela – Çili, Argentina – Uruqvay və Kolumbiya – Peru matçları oynanılacaq. İlk 2 görüş iyulun 17-ə, sonrakı 2 qarşılaşma isə iyulun 18-ə keçən gecə baş tutacaq.
Qeyd edək ki, Amerika Kubokuna iyulun 24-də yekun vurulacaq.

536