Azərbaycan yığması Dağıstanda
13 iyul 2011 16:12 (UTC +04:00)

Azərbaycan yığması Dağıstanda

Rusiyanın Mahaçqala şəhərində Mahəmmədsalam Umaxanovun xatirəsinə həsr olunmuş ənənəvi boks turnirinə start verilib. Lent.az-ın məlumatına görə, Əli Əliyev adına İdman Sarayında keçirilən yarışın açılış mərasimində əvvəlcə Volqa çayında batan “Bulqariya” teploxodunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində Olimpiya çempionu Qaydarbek Qaydarbekov, Olimpiya Oyunlarının mükafatçısı Nurmaqomed Şanavazov, peşəkar boks üzrə dünya çempionu Sultan İbrahimov, peşəkar boksda Azərbaycanın idman şərəfini qoruyan Məhəmməd Abdusalamov və digər tanınmış şəxslər iştirak ediblər. Qonaqları Mahaçqala hökumətinin sədri Maqomed Abdullayev salamlayıb.

Bu il Umaxanov turnirində Braziliya, Almaniya, İran, Qazaxıstan, Kipr, Kuba, Polşa, Özbəkistan, Azərbaycan və Estoniya komandaları iştirak edirlər. Rusiya turnirə geniş tərkibli heyətlə qatılıb. 10 çəki dərəcəsi üzrə keçirilən yarışda 80-dən çox boksçu iştirak edir.

Yığmamız Mahaçqalada WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparmış Maqomed Abdulhəmidov, Soltan Migitinov, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Ramazan Maqomedovlə təmsil olunur. Yarışa iyulun 16-da yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar