“Qalatasaray” Azərbaycan klubundan oyunçu transfer etdi
Lent.az-ın məlumatına görə, rus əsilli Türkiyə vətəndaşı ilə 1 illik müqavilə bağlanılıb.
36 yaşlı voleybolçu “Azərreyl”in heyətində “Çağırış Kuboku”nu qazandıqdan sonra qardaş ölkəyə qayıtmağı qərara alıb. 1,89 m boya malik Hanikoğlu karyerasına Rusiya MOİK-ində başlayıb. Ardından o, “Odintsovo”, İtaliyanın “Ankona”, Türkiyənin “Kocaelispor” və “Eczacıbaşı” komandalarında oynayıb. Moskva “Dinamo”su və “Beşiktaş”da da çıxış etdikdən sonra karyerasına fasilə verən voleybolçu “Eczacıbaşı” ilə davam edib.
Qeyd edək ki, Natalya Hanikoğlu “Azərreyl”in kapitanı olub.

482