“Bakı”nın futbolçusu Sloveniyadan qayıda bilmir
11 iyul 2011 16:51 (UTC +04:00)

“Bakı”nın futbolçusu Sloveniyadan qayıda bilmir

Sloveniya toplanışının ilk mərhələsini başa vuran “Bakı” futbol klubu Vətənə dönüb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Aleksandr Starkovun komandası hazırlığın ikinci mərhələsini öz təlim-məşq bazasında davam etdirəcək.

İyulun 12-də bir araya gələcək “Bakı”nın ilk məşqində İbrahim Karqbo, 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov və Rəhman Hacıyev iştirak etməyəcəklər. İbrahim Karqbo pasportunda yaranan problem səbəbindən komandaya iyulun 17-də Sloveniyada qatılacaq. Zədə səbəbindən Sloveniya toplanışında iştirak edə bilməyən Əziz Quliyev artıq məşq edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar