Avropa birinciliyindən bürünc medal
11 iyul 2011 13:51 (UTC +04:00)

Avropa birinciliyindən bürünc medal

Türkiyənin paytaxtı Tiflisdə yeniyetmələr arasında 4-cü Avropa birinciliyinə yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığması 1 medal qazanıb.

65 kq-dan yuxarı çəkidə çıxış etmiş Elnur Məhərrəmov bürünc mükafata sahib olub. Digər 3 idmançımız - Məhəmməd Məmmədov (45 kq), Yusif Hüseynli (49 kq) və Zeyvi Kərimova (+59 kq) isə son anda bürünc medal şanslarını əldən veriblər.

Qeyd edək ki, Avropa birinciliyi yeniyetmə taekvondoçularımızın bu il ikinci beynəlxalq yarışı olub. Fevralda İsveçdə “Trelleborq Open” turnirində iştirak edən idmançılarımız 3 qızıl, 2 gümüş və 3 bürünc qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar