Respublika stadionundan sovet dövrünə aid bütün atributlar yığışdırılacaq
Akif İsmayılov: “Mərkəzi arenanın ərazisində otel tikiləcək”
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Tofiq Bəhramov adına Respublika stadionunun əsaslı təmiri və yenidən qurulması məqsədilə görüləcək işlər zamanı arenadan sovet dövrünə məxsus bütün atributlar yığışdırılacaq. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, stadionun mərkəzi girişində və digər hissələrində qoyulan SSRİ-nin oraq və çəkicdən ibarət gerbi götürüləcək. Meydançanın İosif Stalinin şərəfinə tikilən “C” hərfli görkəmi də dəyişdirilə bilər. Bu isə yenidənqurma işlərinin hansı eskiz əsasında aparılmasından asılı olacaq. Amma istənilən halda, azarkeşlər olan hissələrində meydançanın üstünün örtüləcəyi dəqiqdir.
Əsaslı təmir işlərinə sentyabrın sonları – oktyabrın əvvəllərində başlanacaq. 2012-ci ilin martınadək davam edəcək təmir işləri çərçivəsində əsas və ehtiyat meydançanın ot örtüyü, arenanın plastik oturacaqları, pilləkənləri dəyişdiriləcək, stadionun giriş qapıları və ətrafı müasir formaya salınacaq.
İsmayılov stadion ərazisində otelin tikiləcəyini də bildirib. Otel idmançılar və qonaqlar qalacaqlar. Onun neçə mərtəbədən ibarət olacağı bilinməsə də, tikintisinə gələn ilin aprelindən başlanılacağı dəqiqdir.
Qeyd edək ki, prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika stadionunun əsaslı təmiri və yenidən qurulması üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 10 milyon manat ayrılmasına dair sərəncam imzalayıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

İvan Rakitiçə bu komandada vəzifə verildi
20 iyul 2025 , 19:22
Salah hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: sevimli məşqçisi Klopp deyil
20 iyul 2025 , 17:27
Əlvida, Kriştiano: Messi yenə futbol tarixinin ən yaxşı bombardiri oldu
20 iyul 2025 , 15:59
Mayk Tayson tarixin ən yaxşı idmançılarının adlarını AÇIQLADI
20 iyul 2025 , 13:12
Bu futbol klubu formasında reklamların sayına görə rekord vurdu
20 iyul 2025 , 11:01
3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54
"Real" onun müqaviləsini uzatdı
19 iyul 2025 , 15:00