Superliqa və I Liqada 19 matçın danışılmış olduğu açıqlandı
06 iyul 2011 19:27 (UTC +04:00)

Superliqa və I Liqada 19 matçın danışılmış olduğu açıqlandı

Lent.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Superliqa və I Liqada 19 matçda danışılmış oyun və stimullaşdırma fəaliyyətinin aparıldığı müəyyənləşdirilib və buna dair dəlillər toplanılıb. Axtarışlar nəticəsində 8 icazəsiz silah ələ keçirilib. Onlardan 3-ü 9 mm-lik, 4-ü 7,65 mm-lik, 1-i isə 38 kalibrlik tapança olub. Üstəlik, Türkiyə Futbol Federasiyasının martın 31-də reallaşdırdığı futbolçu təmsilçisi imtahanı suallarının cinayətkar şəbəkə tərəfindən ələ keçirildiyi və daha sonra imtahana qatılanlara qiymətindən baha satıldığı bildirilib.


2010-cu ilin avqustundan başlanan araşdırmalar zamanı məlum olub ki, cinayətkar şəbəkə səlahiyyətsiz menecerlik yolu ilə yüksək miqdarda qeyri-qanuni qazanc əldə edilib, bəzi idman klublarının hesablarında qanunsuzluq edilib, bəzi futbolçular isə hədələnərək, klubdakı alacaqlarından zorla imtina ediblər.

Əməliyyat nəticəsində 61 nəfər yaxalanaraq saxlanılıb. Yaxalananlardan 2-si İstintaq Prokurorluğunun təlimatı əsasında sərbəst buraxılıb. İyulun 5-də İstanbul Cümhuriyyət Məhkəməsinə cəlb edilən 22 nəfərdən 7-si həbs olunub. Ertəsi gün daha 25 nəfər İstanbul Cümhuriyyət Məhkəməsinə cəlb edilib. İyulun 7-də isə daha 11 nəfərin bu məhkəməyə cəlbi planlaşdırılır. 1 nəfər – “Fənərbağça”nın prezidenti Aziz Yıldırım isə səhhətindəki problemlərlə əlaqədar xəstəxanada müalicə olunur.


İstanbul şəhər Polis İdarəsi apardığı əməliyyata ictimai dəstəkdən məmnun olduqlarını və daha da həvəsləndiklərini bildirib, cinayətkar şəbəkənin çökdürülməsi məqsədilə tədbirlərin uğurla davam etdirildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar