Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı
10 iyun 2011 16:58 (UTC +04:00)

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yığmamız yarışda tam tərkibdə mübarizə aparacaq.

Çempionata baş məşqçi Yevgeni Kotov və məşqçilər Nəriman Abdullayevlə Ruslan Xairovun rəhbərliyi altında 10 idmançı - Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Osman Əliyev (69 kq), Rahib Bəylərov (75 kq), Ramil Əliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Fərid Paşayev (+91 kq) yollanacaqlar. Hazırda Moskva ətrafındakı Çexov şəhərində Rusiya komandası ilə birgə təlim-məşq toplanışı keçən millimiz birbaşa Ankaraya uçacaq.

Komandamız qitə çempionatına əsasən gənclərdən təşkil olunmuş heyətlə gedəcək. Millimizin heyətində yaşı 20-ni keçmiş cəmi 3 idmançı var – Rəhim Nəcəfov (24 yaş), Rahib Bəylərov (26) və Ramil Əliyev (22 ). Yarışın əsas favoritlərindən sayılan Rusiya millisi Türkiyəyə son ölkə çempionatının gümüş mükafatçılarını aparır. Bununla belə, şimal qonşumuzun heyətində 3 qat Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Qeorqi Balakşin (52 kq), Avropa çempionatının gümüş medalçısı Maksim Koptyakov kimi tanınmış boksçular da var. Nikolay Xromov əsas heyəti Bakıda keçiriləcək lisenziya xarakterli dünya çempionatına gətirəcək.

Avropa çempionatına iyunun 24-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar