“Qarabağ” da hazırlıqlara başladı
07 iyun 2011 18:24 (UTC +04:00)

“Qarabağ” da hazırlıqlara başladı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 8-dək paytaxtda hazırlıq keçəcək Ağdam təmsilçisi bir gün sonra Türkiyəyə yola düşəcək.

Ankara yaxınlığında yerləşən Qızılcahamamda baş tutacaq təlim-məşq toplanışı iyunun 23-dək davam edəcək. Hazırda klubun 10-dan çox futbolçusu milli komandaların düşərgəsindədir. “Qarabağ” iyunun 13-dən etibarən tam heyətlə hazırlıq keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar