Ruud Qullit: “Çeçenistana pul və macəra dalınca gəlmişəm”
Rusiyanın “Terek” futbol klubunun baş məşqçisi Ruud Qullit karyerasını davam etdirmək üçün Çeçenistanı seçməsinin səbəbini və yeni iş yerində hansı problemlərlə qarşılaşdığını açıqlayıb. Lent.az-ın məlumatına görə, hollandiyalı mütəxəssis “Daily Mail”ə açıqlamasında Qroznı şəhərinə pul və macəra xatirinə gəldiyini bildirib.
Qullit deyib: “Kələk gəlməyəcəyəm: Mənə burada yaxşı pul verirlər. Hər günüm isə bir macəradır. Hər tin-bucaqda Kalaşnikov avtomatı görəndə heyrətlənirəm. Təbii ki, ilk dəfə bundan bir qədər qorxdum. Lakin insanlarla tanışlıq və şəhəri dolaşmaq imkanı yarananda hisslər dəyişir. Bəziləri 10 illik aradan sonra bura qayıdırlar və ətrafda gördüklərindən sevinirlər”.

462