FİFA və AFFA prezidentləri İçəri Şəhərdə -
07 iyun 2011 12:27 (UTC +04:00)

FİFA və AFFA prezidentləri İçəri Şəhərdə -

Blatterə abidənin tarixi və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumat verilib. FİFA prezidenti iyunun 7-də keçiriləcək Azərbaycan - Almaniya matçında öz komandalarını dəstəkləməyə gəlmiş alman və yerli futbol azərkeşləri ilə xatirə şəkli çəkdirib. Daha sonra Blatter A.Zeynallı küçəsindəki XV əsrdə tikilmiş və Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmiş 2 mərtəbəli Karvansara barədə məlumatlandırılıb. Qeyd edilib ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, qədim tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.

FİFA prezidenti İçəri Şəhərin ən qədim məscidlərindən biri - 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olub. Sonda Yozef Blatter ötən il bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub, burada ona və nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar