Medala az qaldılar…
Lent.az-ın məlumatına görə, ənənəvi yarışda Rusiyanın müxtəlif regionları, Belarus, Qazaxıstan, Ukrayna, Gürcüstan, Estoniya, Moldova ilə yanaşı, Azərbaycan da təmsil olunub.
Milli komandamızın heyətində 4 idmançı yer alıb. Onlardan Aleksandr Qlotov – Fuad Mirzəyev dueti 2 nəfərlik sükansız, Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqla çıxış edib. Yarımfinal mərhələsində Qlotov – Mirzəyev dueti 7 dəqiqə 3,259 saniyə nəticə ilə 3-cü yeri tutaraq, əsas finala vəsiqə qazanıb. Hüseynli – Xanlarov dueti isə 7 dəqiqə 1,361 saniyə nəticə ilə 4-cü yeri tutub. Bu cütlük 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxıb.
Final yürüşlərinə gəldikdə, Qlotov – Mirzəyev dueti bürünc medala yaxın olub. Lakin onlar finişə 7 dəqiqə 2,365 saniyəyə çataraq 4-cü yerlə kifayətləniblər. Rusiyanın Lipetsk, Krasnodar və Samara şəhərlərinin avarçəkənlərindən geri qalan cütlüyümüz Qazaxıstan və Gürcüstan təmsilçilərini geridə qoyub. Hüseynli – Xanlarov dueti isə B finalında 6 dəqiqə 56,684 saniyə nəticə ilə finişə 1-ci çatıb. Beləliklə, bu duet ümumi nəticədə 7-ci yeri tutublar.

Oxşar yazılar

Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42