“Qalatasaray”ın sabiq qapıçısı “Tottenhem”də
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, amerikalı qapıçı 2 illik müqavilə bağlamağa razılıq verib.
Fridel son 3 ildə “Aston Villa”da çıxış edib. O, müqaviləsini uzatmaq təklifi alsa da, “Tottenhem”ə keçməyi tutub. Ötən mövsüm London təmsilçisinin əsas qapıçısı braziliyalı Eurelyo Qomes olub. Lakin Qomes bir neçə oyunda uğursuz çıxış edib. “Tottenhem”in baş məşqçisi Harri Rednapp heyətdə onu və italiyalı Karlo Kudiçinini də saxlamaq istədiyini söyləyib. Daha 2 qolkiper – xorvatiyalı Stipe Pletikosa və Ben Olnuikin gələcəyi barədə isə Rednapp heç nə deməyib.
Qeyd edək ki, Bred Fridel İngiltərədə “Blekbern” və “Liverpul”da da çıxış edib. O, daha öncə ABŞ-ın “Kolambus Kryu”, Türkiyənin “Qalatasaray” və Danimarkanın “Brondbü” komandalarının formasını geyinib. Fridel 82 oyun keçirdiyi ABŞ yığması ilə 2005-ci ildə vidalaşıb.

Oxşar yazılar

"İnter"in PSJ, «Mançester Siti» və ya «Bavariya” qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19