Böyük Moskva reqatasında yenə medal olacaqmı?
Lent.az-ın məlumatına görə, sayca 50-ci dəfə keçiriləcək yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.
Ölkəmizi 2 qayıq tipində 4 avarçəkən təmsil edəcək. Onlardan Fuad Mirzəyev – Aleksandr Qlotov dueti 2 nəfərlik sükansız, Kamal Xanlarov – Qardaşxan Hüseynli dueti isə 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə yürüşə qatılacaq. İdmançılarımız məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Nümayəndə heyətinin rəhbəri Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyevadır. Turnir Moskvadakı “Krılatskoe” avarçəkmə kanalında təşkil olunacaq.
Qeyd edək ki, akademik avarçəkmə üzrə yığma komandamız Böyük Moskva reqatasında ardıcıl 3-cü il mübarizə aparacaq. 2009-cu ildə millimiz 2 qızıl, 1 bürünc, 2010-cu ildə isə gümüş medal qazanıb.

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12